Icma.az
close
up
RU
Türkiyə Suriya münasibətlərində yeni səhnə: tarixi Ankara görüşü nələr vəd edir?

Türkiyə Suriya münasibətlərində yeni səhnə: tarixi Ankara görüşü nələr vəd edir?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada görüş dünən baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, mətbuat konfransında çıxış edən Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islam dünyası yeni iqtidar və Suriya xalqına lazımi maddi və mənəvi dəstəyi göstərməlidir. Onun sözlərinə görə, ölkələr arasında ən müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilir. O cümlədən, Türkiyənin dövlət başçısı qeyd edib ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır.  

Görüşün nəticələri isə çox maraq doğurur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada baş tutan görüş regional siyasət baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş Türkiyə-Suriya münasibətlərinin yeni mərhələyə keçə biləcəyini göstərir. Ərdoğanın çıxışında vurğuladığı əsas məqamlar – ərəb və İslam dünyasının Suriyaya dəstəyi, iki ölkə arasında əməkdaşlığın inkişafı və Türkiyənin terrorla mübarizədə Suriya hökumətinə yardım etməyə hazır olması  Ankaranın bölgədəki strateji maraqlarına uyğun gəlir.

Suriya-Türkiyə münasibətlərinin bundan sonrakı mərhələsi hansı istiqamətdə irəliləyəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oktay Kazımov bildirib ki, Suriya prezidentinin Türkiyəyə səfəri önəmli hadisədir: 

"Əş-Şaranın ziyarəti onun Səudiyyə Ərəbistanından sonra ikinci rəsmi səfəridir. Bu da onu göstərir ki, rəsmi Dəməşq Türkiyə və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda maraqlıdır. Bu səfər, xüsusilə, Suriyanın son illərdə yaşadığı ağır siyasi, iqtisadi və təhlükəsizlik problemləri fonunda mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı bir sıra strateji və regional məsələlər müzakirə edilib. Bunların arasında ikitərəfli münasibətlərin normallaşdırılması, iqtisadi və ticarət əlaqələrinin bərpası, həmçinin regional maraqlar xüsusi əhəmiyyət daşıyır. Son illərdə Suriyada baş verən daxili münaqişə və beynəlxalq müdaxilə səbəbindən ölkə ciddi dağıntılara məruz qalıb, infrastrukturun böyük bir hissəsi zədələnib və milyonlarla suriyalı məcburi köçkün vəziyyətinə düşüb. Bu kontekstdə Türkiyənin Suriyanın yenidən qurulması prosesində hansı rol oynayacağı əsas suallardan biridir".

Onun sözlərinə görə, görüşdə əsas mövzulardan biri Suriyanın Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı, habelə müdafiə və terrorizmlə mübarizə sahəsində dəstək məsələləri olub: 

"Son illərdə iki ölkə arasında münasibətlər gərginləşmişdi, xüsusilə də Suriyanın şimalında Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlar və burada fəaliyyət göstərən müxtəlif silahlı qruplaşmalar fonunda. Buna görə də, Suriya və Türkiyə arasında təhlükəsizlik sahəsində dialoqun inkişafı həm regional sabitlik, həm də qaçqın məsələlərinin həlli baxımından vacib hesab olunur".

Müsahibimiz qeyd edib ki, müzakirələrin əsas mövzularından biri də Türkiyədə yaşayan 4 milyona qədər suriyalının geri qaytarılması məsələsi olub. Politoloqun fikrincə, son illərdə Türkiyədə suriyalı qaçqınlarla bağlı ictimai narazılıq artır və Ankara bu məsələnin həlli üçün müxtəlif diplomatik və praktik addımlar atmağa çalışır. Lakin suriyalıların öz ölkələrinə geri dönməsi üçün Suriyada sabitlik və təhlükəsizlik təmin edilməlidir ki, bu da beynəlxalq əməkdaşlıq və investisiyaları tələb edir: 

"Suriyalı qaçqınların kütləvi şəkildə geri qaytarılması üçün ölkədə sabitlik və təhlükəsizlik təmin edilməlidir. Lakin bu, təkcə Suriya hökumətinin deyil, həm də beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyətdir. Xüsusilə, müharibədən sonra dağılan infrastrukturun yenidən qurulması, iqtisadi şəraitin stabilləşdirilməsi və sosial rifahın yaxşılaşdırılması üçün beynəlxalq əməkdaşlıq və investisiyalar tələb olunur. Bu baxımdan, Suriya ilə qonşu ölkələr, o cümlədən Türkiyə bu prosesdə mühüm rol oynayacaq".

Oktay Qasımov: Türkiyə ilə yaxınlaşma Suriyanın təhlükəsizliyində mühüm rol oynayacaq

O.Kazımov qeyd edib ki, bu səfər Suriyanın regional siyasətdə aktiv rol oynamaq istəyi kimi də qiymətləndirilə bilər:

"Dəməşq Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətləri gücləndirməklə həm iqtisadi, həm də diplomatik mövqelərini bərpa etməyə çalışır. Xüsusilə ərəb dünyası ilə münasibətlərin normallaşdırılması Suriyanın izolyasiyadan çıxmasına və beynəlxalq arenada yenidən söz sahibi olmasına imkan yarada bilər. Bununla yanaşı, Səudiyyə Ərəbistanı və Türkiyə ilə münasibətlərin yaxşılaşması, Suriyanın xarici investisiyalar cəlb etmə potensialını artıracaq. Bu, müharibədən sonrakı bərpa prosesində Dəməşq üçün mühüm bir imkan yaradır. Suriya iqtisadiyyatının dirçəldilməsi və infrastrukturunun yenidən qurulması üçün beynəlxalq maliyyə yardımları və əməkdaşlıq zəruridir".

Nəticə olaraq həmsöhbətimiz deyib ki, ümumilikdə, bu səfər Suriyanın xarici siyasətində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Rəsmi Dəməşq Türkiyə və digər regional güclərlə əməkdaşlıq edərək həm daxili problemlərini həll etməyə, həm də beynəlxalq mövqeyini möhkəmləndirməyə çalışır. Bu prosesin uğurlu olub-olmaması isə tərəflərin kompromis əldə etmə bacarığından və konkret razılaşmaların reallaşmasından asılı olacaq: 

"Eyni zamanda, bu səfər regionda yeni geosiyasi reallıqların formalaşdığını və Suriyanın bu dəyişikliklərə uyğun siyasət yürütməyə çalışdığını göstərir. Suriya hökuməti uzun illər davam edən izolyasiyadan çıxmaq və iqtisadi dirçəlişi sürətləndirmək üçün müxtəlif diplomatik kanallardan istifadə etməyə məcburdur. Türkiyə ilə yaxınlaşma həm təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirə, həm də qaçqın böhranı və terrorizmlə mübarizə kimi məsələlərdə praktiki həll yollarının tapılmasına kömək edə bilər".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri