GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya Ordusu və Suriya Demokratik Qüvvələri (SDQ) arasında 18 yanvar sazişindən sonra yenidən gərginlik yaranıb.
Ötən gün isə Dəməşq və SDQ arasında yeni anlaşma əldə olunub.
Bu razılaşmaya görə, SDQ lideri Məzlum Əbdi Suriyan müdafiə nazirinin müavini və Haseke valisi vəzifələrinə namizədləri, həmçinin Xalq Şurasında təmsil olunacaq şəxslərin adlarını və Suriya dövlət qurumlarında işə götürüləcəklərin siyahısını təklif edəcək.
Eyni zamanda Suriya qüvvələrinin Haseke və Qamışlı şəhər mərkəzlərinə, burada yerləşən kürd kəndlərinə girməmələri də razlaşdırılıb.
Başqa sözlə, Suriya hökuməti SDQ-nin “dövlət içində dövlət” istəklərinə qarşı çıxır və bunun əvəzinə seçim imkanı verir.
Hazırda Haseke vilayətində atəşkəs elan olunub və Suriya hökuməti SDQ-ya 4 gün vaxt verib.
Digər tərəfdən isə məhz bu hadisələrə görə Türkiyənin DEM Partiyası Qamışlı sərhəd bölgəsində mitinq keçirib.