Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Türkiyə Suriyaya görə qarışdı: Sərhəddə inanılmaz təxribat 4 gün sonra...

Türkiyə Suriyaya görə qarışdı: Sərhəddə inanılmaz təxribat 4 gün sonra...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriya Ordusu və Suriya Demokratik Qüvvələri (SDQ) arasında 18 yanvar sazişindən sonra yenidən gərginlik yaranıb. Ötən gün isə Dəməşq və SDQ arasında yeni anlaşma əldə olunub. Bu razılaşmaya görə, SDQ lideri Məzlum Əbdi Suriyan müdafiə nazirinin müavini və Haseke valisi vəzifələrinə namizədləri, həmçinin Xalq Şurasında təmsil olunacaq şəxslərin adlarını və Suriya dövlət qurumlarında işə götürüləcəklərin siyahısını təklif edəcək.

Eyni zamanda Suriya qüvvələrinin Haseke və Qamışlı şəhər mərkəzlərinə, burada yerləşən kürd kəndlərinə girməmələri də razlaşdırılıb. Başqa sözlə, Suriya hökuməti SDQ-nin “dövlət içində dövlət” istəklərinə qarşı çıxır və bunun əvəzinə seçim imkanı verir. Hazırda Haseke vilayətində atəşkəs elan olunub və Suriya hökuməti SDQ-ya 4 gün vaxt verib.

Digər tərəfdən isə məhz bu hadisələrə görə Türkiyənin DEM Partiyası Qamışlı sərhəd bölgəsində mitinq keçirib. Mitinq zamanı YPG qüvvələrini dəstəkləyən təxribatçılar ərazidəki Türkiyə bayrağını endiriblər. Həmin anın görüntüləri bütün ölkədə rezonans doğurub.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Suriyanın şimal-şərqində Dəməşq qüvvələri ilə SDQ arasında qarşıdurmaların intensivləşməsi, terror təşkilatının imzaladığı razılaşmalara əməl etməməsi ilə bağlıdır:

“Suriya ordusu yerli ərəb qəbilələrinin dəstəyi ilə bu bölgələri SDQ-dən azad edib. Təxminən 35 bölgə Dəməşqin tam nəzarəti altına keçib. Hadisələr strateji əhəmiyyətli neft və qaz yataqları, eləcə də su-elektrik stansiyaları üzərində nəzarətin dəyişməsinə səbəb olub. Rakka və Deyrizorun azad edilməsi bölgənin hərbi və siyasi-strateji durumuna ciddi təsir göstərir, Suriyada münaqişənin kompleks xarakterini ortaya qoyur. Terrorçu təşkilatın son hadisələr kontekstində Suriya ərazisindəki təcavüz gücü ciddi şəkildə zəifləyib.

Böyük ehtimalla yaxın gələcəkdə Türkiyənin maraqlarına uyğun olaraq, Suriyada YPG-nin tamamilə sıradan çıxarılması baş tutacaq. Qeyd etmək lazımdır ki, bu terror təşkilatı Türkiyəni hədəf alan PKK-nın Suriya qoludur. Üstəlik, uzun illər ABŞ tərəfindən maliyyələşdirilib, silah-sursat və hərbi texnika ilə təmin olunub, həmçinin Amerika ordusunun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Yəni bu qurum ABŞ-ın Suriya ərazisindəki terror təşkilatıdır. Ağ Ev bu təşkilat vasitəsilə Suriya ərazisində terror dövləti qurmaq istəyirdi”.


Bakir Həsənbəyli

Politoloqun sözlərinə görə, Vaşinqtonun layihəsi artıq iflasa uğrayıb:

“Lakin Türkiyənin sərt müqaviməti və Suriyanın yeni hökumətinin qətiyyəti sayəsində ABŞ-ın bu ölkənin ərazisində terror dövləti qurmaq planı faktiki olaraq sıradan çıxarıldı. Nəticədə Ağ Evin Suriyadakı təsir mexanizmləri zəiflədi. Yaxın vaxtlarda SDQ-nin Suriya qolunun tamamilə sıradan çıxarılmasından sonra ABŞ üçün bu ərazidəki prosesləri birbaşa idarə etmək çətin olacaq.

Vaşinqton terrorçu SDQ vasitəsilə Suriya ərazisinin enerji resurslarına nəzarət edirdi. Lakin ordusunun antiterror əməliyyatları nəticəsində SDQ nəzarətdə saxladığı enerji resurslarını hökumətə geri verməyə məcbur oldu. Eyni zamanda Suriyanın sərhədləri də hökumətin nəzarətinə keçdi. Bu da o deməkdir ki, SDQ faktiki olaraq Suriya ordusu tərəfindən mühasirəyə alınıb.

Suriya Müdafiə Nazirliyi SDQ-yə 4 gün vaxt verib. Razılaşmaya əsasən, silahlı birləşmə bu müddət ərzində ətraflı plan hazırlamaq üçün məsləhətləşmələr aparacaq. Razılaşma qüvvəyə minərsə, Suriya Müdafiə Nazirliyinin bölmələri Haseke və Qamışlı mərkəzlərinə daxil olmayacaq, yalnız şəhər kənarlarında yerləşəcəklər. Əhalisi əsasən kürd olan bölgələrdə yerli təhlükəsizlik qüvvələri fəaliyyət göstərəcək. Bu qüvvələr həmin yaşayış məntəqələrinin sakinlərindən formalaşdırılacaq. SDQ lideri Məzlum Əbdi Haseke vilayətinə və Suriya Müdafiə Nazirliyinə nümayəndə təyin edəcək.

SDQ-nin hərbi və inzibati strukturları isə Suriya dövlət qurumlarına inteqrasiya olunacaq. Razılaşma həmçinin şəhərlərdə və vilayətdə sülhün qorunmasını, təhlükəsizliyin təmin olunmasını və mülki idarəetmənin normal həyata keçirilməsini nəzərdə tutur. Suriya hökuməti bəyan edib ki, terrorçular razılaşmalara əməl etməsələr, təkrar gücdən istifadə olunacaq.”

Həsənbəyli bildirib ki, DEM Partiyasından olan millət vəkillərinin Qamışlı bölgəsindəki qrup toplantısına gəlməsi kürd birliklərinin eyni mərkəzdən koordinasiyasının göstəricisidir:

“Suriya Ordusunun SDQ-yə qarşı əməliyyatlara başlamasından dərhal sonra İraq Kürdüstanı Demokrat Partiyasının sədri Məsud Bərzani ABŞ prezidentinin Suriya üzrə nümayəndəsi ilə, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani isə Fransa Prezidenti Emmanuel Makronla əlaqə saxlayıb, prosesi müzakirə ediblər. Normalda hər iki şəxsin fəaliyyət göstərdiyi sahə İraq ərazisidir. Belə olan təqdirdə Suriya terrorçularına qarşı əməliyyat onları narahat etməməlidir. Deməli, mərkəz eynidir – Kandil.

Türkiyə bayrağına qarşı təxribatçı hərəkət planlıdır. Məqsəd fikir yayındırmaq, əlavə problemlər yaratmaq, beynəlxalq diqqəti çəkib kürd kökənli millət vəkillərinə təzyiq aləti kimi istifadə etməkdir. Lakin bu plan da Türkiyə hökumətinin səyi nəticəsində baş tutmayıb”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri