Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Suriya prezidenti Əhməd əş-Şəraanın rəhbərlik etdiyi Suriya dövləti ilə ölkənin şimal-şərqindəki kürd qüvvələri arasında əldə olunan atəşkəs razılaşması Yaxın Şərqdə son dövrlərin ən həssas geosiyasi hadisələrindən biri kimi qiymətləndirilir.
Faktiki olaraq, Suriyanın ən böyük etnik azlığı olan kürdlər kapitulyasiya xarakterli sazişi imzalamağa məcbur qalıb və uzun illər ABŞ-ın dəstəyi ilə nəzarətdə saxladıqları geniş əraziləri, xüsusilə də neftlə zəngin bölgələri itiriblər.
Analitiklərin fikrincə, bu ərazilərin Dəməşqin nəzarətinə keçməsi bütöv bir dövrün başa çatdığını göstərir.
Belə ki, kürd amili uzun müddət regionda balanslaşdırıcı və çəkindirici faktor kimi qəbul olunurdu.
ABŞ-ın vasitəçiliyi və Türkiyə faktoru KONKRET.az xəbər verir ki, Yaxın Şərq üzrə aparıcı ekspertlər razılaşmada əsas rolun ABŞ-a məxsus olduğunu bildirirlər.
Vaşinqtonun vasitəçi kimi çıxış etməsi faktiki olaraq bu razılaşmaya yaşıl işıq yandırılması anlamına gəlir.
Bu isə İsraildə xüsusilə ağrılı qarşılanır. Çünki əvvəlki illərdə ABŞ kürd qüvvələrinin təhlükəsizliyinin əsas təminatçısı və İŞİD-ə qarşı m