Icma.az
close
up
RU
Türkiyə və Suriyadan TARİXİ DƏRS: İsrail NECƏ UDUZDU?

Türkiyə və Suriyadan TARİXİ DƏRS: İsrail NECƏ UDUZDU?

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Suriya prezidenti Əhməd əş-Şəraanın rəhbərlik etdiyi Suriya dövləti ilə ölkənin şimal-şərqindəki kürd qüvvələri arasında əldə olunan atəşkəs razılaşması Yaxın Şərqdə son dövrlərin ən həssas geosiyasi hadisələrindən biri kimi qiymətləndirilir. Faktiki olaraq, Suriyanın ən böyük etnik azlığı olan kürdlər kapitulyasiya xarakterli sazişi imzalamağa məcbur qalıb və uzun illər ABŞ-ın dəstəyi ilə nəzarətdə saxladıqları geniş əraziləri, xüsusilə də neftlə zəngin bölgələri itiriblər.

Analitiklərin fikrincə, bu ərazilərin Dəməşqin nəzarətinə keçməsi bütöv bir dövrün başa çatdığını göstərir. Belə ki, kürd amili uzun müddət regionda balanslaşdırıcı və çəkindirici faktor kimi qəbul olunurdu.

ABŞ-ın vasitəçiliyi və Türkiyə faktoru

KONKRET.az xəbər verir ki, Yaxın Şərq üzrə aparıcı ekspertlər razılaşmada əsas rolun ABŞ-a məxsus olduğunu bildirirlər. Vaşinqtonun vasitəçi kimi çıxış etməsi faktiki olaraq bu razılaşmaya yaşıl işıq yandırılması anlamına gəlir. Bu isə İsraildə xüsusilə ağrılı qarşılanır. Çünki əvvəlki illərdə ABŞ kürd qüvvələrinin təhlükəsizliyinin əsas təminatçısı və İŞİD-ə qarşı mübarizədə başlıca müttəfiqi olub.

Eyni zamanda, prosesdə Türkiyənin rolu da şübhə doğurmur. Kürd bölgələrinə hücum Ankaranın birbaşa və ya dolayı dəstəyi olmadan mümkün hesab edilmir. Türkiyə uzun illər Suriyadakı kürd muxtar strukturlarını PKK-nın davamı və milli təhlükəsizliyinə ciddi təhdid kimi görüb. Bu baxımdan hazırkı nəticə Ankarada böyük xarici siyasət uğuru və prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi qələbəsi kimi dəyərləndirilir.

İsraildə isə “kürdlərə yardım etmək lazımdırmı?” sualı artıq daha çox keçmiş zamanda səslənir. Razılaşma ABŞ-ın nəzarəti altındadır və prosesin açarı Vaşinqtonun əlindədir. İsrail bu sahədə əsas oyunçu deyil və ABŞ-la açıq ziddiyyətə girmək niyyətində görünmür.

İsrailin mövqeyi və sərt reaksiyalar…

Bununla belə, israilli siyasətçilər daha sərt mövqe sərgiləyiblər. İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl kürdləri Suriyada sabitliyin mənbəyi kimi müdafiə etməyə çağırsa da, bu dəfə Əhməd əş-Şəraa hökumətinin addımlarını kəskin tənqid edib. O bildirib ki, kürdlər İŞİD-lə mübarizədə ağır bədəl ödəyiblər və onların qanlı şəkildə sıxışdırılması yeni Suriya ilə bağlı verilən vədlərlə ziddiyyət təşkil edir.

Saarın sözlərinə görə, Qərbin susqunluğu Suriya rejimini zorakılığı daha da artırmağa sürükləyir.

İsrail sərhədlərində formalaşan yeni Suriya

Kürdlərin zəifləməsinin birbaşa nəticəsi kimi Suriyada Türkiyənin təsirinin gücləndiyi qeyd olunur. İsrail son illər Suriyada türk hərbi mövcudluğunun möhkəmlənməsinə qarşı çıxırdı və Ankaranı potensial rəqib kimi görürdü. İndi isə israilli analitiklər Türkiyəni prosesin əsas qazanan tərəfi hesab edirlər.

İsrailin Ynet portalına danışan suriyalı mütəxəssis, professor Eyal Zisser bildirib ki, əş-Şəraanın kürdlərə qarşı hücumu Türkiyənin birbaşa dəstəyi və Vaşinqtonun razılığı ilə həyata keçirilib. Onun fikrincə, qarşıdurma hələ bitməyib və digər kürd bölgələrində daha sərt müqavimət mümkündür.

Zisser qeyd edir ki, Əhməd əş-Şəraa Suriyada tam nəzarəti ələ keçirməyə və dini-etnik azlıqlardan, alevilərdən, druzlardan və kürdlərdən təmizlənmiş İslam yönümlü dövlət qurmağa çalışır. Hazırda əsas sual bu modelin hansı formada olacağıdır: Səudiyyə Ərəbistanı və BƏƏ-yə yaxın bir sistem, yoxsa Türkiyə modelinə bənzər bir quruluş.

Nəticə etibarilə, baş verən proseslər regionda keyfiyyətcə yeni reallıq formalaşdırır. Bu reallıq Dəməşq və Ankaranın mövqelərini gücləndirir, kürdləri regional balans faktoru kimi zəiflədir və İsrailin şimal istiqamətində manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri