Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə universitetləri topladıqları təcrübəni xaricdə yaymaq üçün ciddi addımlar atır.
Bunun bariz nümunəsi bu il Türkiyə-Azərbaycan Universitetinin açılışı oldu.
Bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Kayseridəki Erciyes Universitetində olarkən deyib.
Onun sözlərinə görə, Ankara Türkiyə universitetlərinin xüsusi irəliləyiş əldə etdiyi sahələrdə xaricdə təhsil proqramlarının açılması layihəsinə xüsusi önəm verir.
“Biz təhsil sektorunda analoji layihələrin həyata keçirilməsi ilə bağlı bir çox başqa dövlətlərlə danışıqları davam etdiririk”, -deyə Şuranın rəhbəri bildirib.
Özvar bildirib ki, bu həftə onun Qahirəyə səfərinin yekunlarına dair bu ərəb ölkəsində Türkiyə universitetlərinin filiallarının açılması ilə bağlı prinsipial razılıq əldə olunub.
O, Ankara Qazi Universitetinin Qazaxıstanda filialının açılması, eləcə də İstanbul Texniki Universitetinin təcrübəsinin Albaniya gənclərinə ötürülməsi ilə bağlı razılıq əldə olunduğunu da xatırladıb.