Icma.az
close
up
RU
TürkiyəAzərbaycan Universitetinin təcrübəsi başqa ölkələrdə də tətbiq ediləcək

TürkiyəAzərbaycan Universitetinin təcrübəsi başqa ölkələrdə də tətbiq ediləcək

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə universitetləri topladıqları təcrübəni xaricdə yaymaq üçün ciddi addımlar atır. Bunun bariz nümunəsi bu il Türkiyə-Azərbaycan Universitetinin açılışı oldu.

Bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Kayseridəki Erciyes Universitetində olarkən deyib.

Onun sözlərinə görə, Ankara Türkiyə universitetlərinin xüsusi irəliləyiş əldə etdiyi sahələrdə xaricdə təhsil proqramlarının açılması layihəsinə xüsusi önəm verir. “Biz təhsil sektorunda analoji layihələrin həyata keçirilməsi ilə bağlı bir çox başqa dövlətlərlə danışıqları davam etdiririk”, -deyə Şuranın rəhbəri bildirib.

Özvar bildirib ki, bu həftə onun Qahirəyə səfərinin yekunlarına dair bu ərəb ölkəsində Türkiyə universitetlərinin filiallarının açılması ilə bağlı prinsipial razılıq əldə olunub.

O, Ankara Qazi Universitetinin Qazaxıstanda filialının açılması, eləcə də İstanbul Texniki Universitetinin təcrübəsinin Albaniya gənclərinə ötürülməsi ilə bağlı razılıq əldə olunduğunu da xatırladıb.

“Türkiyədə ali təhsilin keyfiyyəti nə qədər yaxşı olarsa, xaricdən də Türkiyə universitetlərinə maraq bir o qədər artar”, -deyə YÖK rəhbəri bildirib.

Onun sözlərinə görə, Türkiyə əcnəbi tələbələrin sayına görə dünyanın ən yaxşı beş aparıcı ölkəsi sırasına daxil olmağa çalışır. “Bu gün Türkiyə universitetlərində 340 minə yaxın əcnəbi təhsil alır. 2028-ci ilə qədər bu rəqəmi 500 min nəfərə çatdırmağı planlaşdırırıq”, – deyə Özvar diqqətə çatdırıb.

O əlavə edib ki, Türkiyənin ali təhsil sistemi üçün daha bir prioritet ölkənin inkişafına ciddi töhfə verməyən proqramların mərhələli şəkildə bağlanmasıdır. Özvar deyib: “Türkiyənin ehtiyac duyduğu ixtisaslar bizim üçün önəmlidir. Təkcə bu il ölkəmizdə 20 ali təhsil müəssisəsində süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan 73 yeni proqram açılıb. Bu kurs davam etdiriləcək”(azərtac).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri