Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə daha bir bələdiyyənin rəhbəri və çox sayda üzvü həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Çukurova Bələdiyyəsindəki qanunsuzluqlarla bağlı istintaqda, hazırkı bələdiyyə sədri Emrah Kozay və onun sələfi Soner Çetin də daxil olmaqla 34 nəfər həbs edilib.
Adana Baş Prokurorluğu Çukurova Bələdiyyəsi tərəfindən həyata keçirilən tenderlərdə və birbaşa satınalmalarda yol verilən qanun pozuntuları, bələdiyyə ilə əlaqəli səhmdar cəmiyyəti vasitəsilə edilən satınalmalarda 4734 saylı Dövlət Satınalmaları Qanununun 3/g maddəsindəki "istisna" müddəasının düzgün istifadə edilməməsi, bələdiyyədən iş alan podratçılara ödəniş müqabilində rüşvət qəbul edilməsi və bəzi bələdiyyə işçilərinə əslində işə getməmələrinə baxmayaraq maaşların ödənilməsi iddiaları ilə bağlı araşdırma başlayıb. İstintaq cinayət törətmək məqsədilə şəbəkə yaratmaq, idarə etmək və üzv olmaq, rüşvətxorluq, fırıldaqçılıq və tenderləri saxtalaşdırmaq ittihamları ilə bağlıdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə daha bir qrup bələdiyyə sədri və üzvü eyni ittihamlarla həbs edilib.
Anar