Türkiyədə daha 34 bələdiyyə üzvü həbs edildi
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə daha bir bələdiyyənin rəhbəri və çox sayda üzvü həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Çukurova Bələdiyyəsindəki qanunsuzluqlarla bağlı istintaqda, hazırkı bələdiyyə sədri Emrah Kozay və onun sələfi Soner Çetin də daxil olmaqla 34 nəfər həbs edilib.
Adana Baş Prokurorluğu Çukurova Bələdiyyəsi tərəfindən həyata keçirilən tenderlərdə və birbaşa satınalmalarda yol verilən qanun pozuntuları, bələdiyyə ilə əlaqəli səhmdar cəmiyyəti vasitəsilə edilən satınalmalarda 4734 saylı Dövlət Satınalmaları Qanununun 3/g maddəsindəki "istisna" müddəasının düzgün istifadə edilməməsi, bələdiyyədən iş alan podratçılara ödəniş müqabilində rüşvət qəbul edilməsi və bəzi bələdiyyə işçilərinə əslində işə getməmələrinə baxmayaraq maaşların ödənilməsi iddiaları ilə bağlı araşdırma başlayıb. İstintaq cinayət törətmək məqsədilə şəbəkə yaratmaq, idarə etmək və üzv olmaq, rüşvətxorluq, fırıldaqçılıq və tenderləri saxtalaşdırmaq ittihamları ilə bağlıdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə daha bir qrup bələdiyyə sədri və üzvü eyni ittihamlarla həbs edilib.
Anar
Bu mövzuda digər xəbərlər:Türkiyədə bələdiyyə sədri həbs edildi
11 Fevral 2025 14:45
Türkiyədə 65 FETÖ üzvü həbs edildi
01 İyul 2025 10:40
Türkiyədə iki MOSSAD üzvü həbs edildi
06 Fevral 2026 09:19
Türkiyədə bələdiyyə sədri və bələdiyyə məclisinin 4 üzvü həbs olundu Yeni Gündəm
13 Yanvar 2025 13:31
Türkiyədə bələdiyyə sədri həbs edildi FOTO
14 İyul 2025 10:01
Baxış sayı:74
Bu xəbər 23 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















