Türkiyədə davam edən meşə yanğınları nəzarətə götürülüb

02.08.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin yanğınsöndürənləri ölkənin cənub və qərbində davam edən son üç meşə yanğınını nəzarətə götürüblər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

"Aviasiya və qurudan aparılan effektiv əməliyyatlar nəticəsində Aydın vilayətinin Çinə rayonunda, Balıkəsir vilayətinin Susurluk rayonunda və İzmir vilayətinin Buja rayonunda baş verən yanğınlar tam nəzarət altına alınıb", - deyə o əlavə edib.

Onun sözlərinə görə, iyulun 29-dan etibarən Türkiyədə 314 təbii yanğın baş verib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına əsasən, yanğınların söndürülməsində 28 təyyarə, 119 helikopter, 14 pilotsuz uçuş aparatı (PUA) və 5 mindən çox yerüstü texnika cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью