Türkiyədə davam edən meşə yanğınları nəzarətə götürülüb
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin yanğınsöndürənləri ölkənin cənub və qərbində davam edən son üç meşə yanğınını nəzarətə götürüblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.
"Aviasiya və qurudan aparılan effektiv əməliyyatlar nəticəsində Aydın vilayətinin Çinə rayonunda, Balıkəsir vilayətinin Susurluk rayonunda və İzmir vilayətinin Buja rayonunda baş verən yanğınlar tam nəzarət altına alınıb", - deyə o əlavə edib.
Onun sözlərinə görə, iyulun 29-dan etibarən Türkiyədə 314 təbii yanğın baş verib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına əsasən, yanğınların söndürülməsində 28 təyyarə, 119 helikopter, 14 pilotsuz uçuş aparatı (PUA) və 5 mindən çox yerüstü texnika cəlb olunub.
Bu mövzuda digər xəbərlər:Türkiyədə meşə yanğınları
19 Sentyabr 2025 08:04
Türkiyədə meşə yanğınları davam edir
22 Avqust 2025 19:40
Türkiyədə baş vermiş 44 meşə yanğını nəzarətə götürülüb
28 İyul 2025 02:25
Türkiyədə iki gün davam edən meşə yanğınları söndürüldü
20 İyun 2025 15:29
Türkiyədə meşə yanğınları genişlənir
03 Sentyabr 2026 22:55
Baxış sayı:167
Bu xəbər 02 Avqust 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















