Türkiyədə dönərdən 88 nəfər zəhərləndi 77 si şagirddir

17.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qida zəhərlənməsi şübhəsi ilə tibb müəssisələrinə 88 nəfər müraciət edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, zərərçəkənlərin 77-si şagird, 11-i isə mülki şəxsdir.

55 nəfərə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 33 nəfərin müalicəsi isə stasionar şəraitdə davam etdirilir.

İlkin araşdırmalara görə, zəhərlənməyə Kayabağlar qəsəbəsindəki yerli iaşə obyektindən və məktəb bufetindən alınan toyuq dönərləri səbəb olub. Hadisə ilə bağlı obyektdən qida nümunələri götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью