Türkiyədə dönərdən 88 nəfər zəhərləndi 77 si şagirddir
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qida zəhərlənməsi şübhəsi ilə tibb müəssisələrinə 88 nəfər müraciət edib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, zərərçəkənlərin 77-si şagird, 11-i isə mülki şəxsdir.
55 nəfərə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 33 nəfərin müalicəsi isə stasionar şəraitdə davam etdirilir.
İlkin araşdırmalara görə, zəhərlənməyə Kayabağlar qəsəbəsindəki yerli iaşə obyektindən və məktəb bufetindən alınan toyuq dönərləri səbəb olub. Hadisə ilə bağlı obyektdən qida nümunələri götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.
Bu mövzuda digər xəbərlər:Türkiyədə dönərdən 300 nəfər zəhərləndi
03 Aprel 2025 18:08
Türkiyədə 300 dən çox insan dönərdən ZƏHƏRLƏNDİ
03 Aprel 2025 15:03
Türkiyədə 20 nəfər dönərdən zəhərlənib
05 Dekabr 2024 00:07
Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı Beşi şagirddir FOTO
13 Oktyabr 2026 14:15
Türkiyədə FETÖ əməliyyatı: 77 nəfər saxlanıldı KONKRET
29 İyul 2025 16:05
Baxış sayı:67
Bu xəbər 17 Oktyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















