Türkiyədə heyrətləndirən BİR YER VAR | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Adadan adaya dənizin içindən piyada keçid təşkil olunub Türkiyənin Balıkəsir bölgəsində adamı heyrətləndirən bir yer var.
Burada - Ayvalık bölgəsində Cunda adasından Mədən adasına dənizin içindən piyada keçid təşkil olunub.
Bu nadir təbiət yürüşü zamanı iştirakçılar bir adadan digərinə dənizdən keçərək həyəcan dolu anlar yaşadılar.
Sherg.az xəbər verir ki, Türkiyədə çox nadir görülən bu təbii keçid təbiətsevərlərə unudulmaz bir təcrübə bəxş edib.Yürüş qrupu rəhbəri Erhan Çiftçinin rəhbərliyi ilə keçirilən tədbirdə iştirakçılar Cunda adasının Pateriça burnundan yola çıxıblar.
Onlar Yalancı Boğaz adlanan ərazidən keçərək, dəniz səviyyəsinin yeriməyə imkan verdiyi dar keçidlə Mədən adasına çatıblar.
Qrup rəhbəri Çiftçi deyir:"Biz bu gün buraya təbiətin nemətlərindən faydalanmağa və yaşadığımız coğrafiyanın ən gözəl yerlərini görməyə gəldik.
Hazırda Cunda adasındayıq və qarşımızda Mədən adası var. Bu gün bir adadan digərinə piyada keçəcəyik.
Tam oxu
Xəbəri oxu