Icma.az
close
up
RU
Türkiyədə heyrətləndirən BİR YER VAR

Türkiyədə heyrətləndirən BİR YER VAR

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Adadan adaya dənizin içindən piyada keçid təşkil olunub


 Türkiyənin Balıkəsir bölgəsində adamı heyrətləndirən bir yer var. Burada - Ayvalık bölgəsində Cunda adasından Mədən adasına dənizin içindən piyada keçid təşkil olunub. Bu nadir təbiət yürüşü zamanı iştirakçılar bir adadan digərinə dənizdən keçərək həyəcan dolu anlar yaşadılar. 


Sherg.az xəbər verir ki, Türkiyədə çox nadir görülən bu təbii keçid təbiətsevərlərə unudulmaz bir təcrübə bəxş edib.

Yürüş qrupu rəhbəri Erhan Çiftçinin rəhbərliyi ilə keçirilən tədbirdə iştirakçılar Cunda adasının Pateriça burnundan yola çıxıblar. Onlar Yalancı Boğaz adlanan ərazidən keçərək, dəniz səviyyəsinin yeriməyə imkan verdiyi dar keçidlə Mədən adasına çatıblar. 


Qrup rəhbəri Çiftçi deyir:

"Biz bu gün buraya təbiətin nemətlərindən faydalanmağa və yaşadığımız coğrafiyanın ən gözəl yerlərini görməyə gəldik. Hazırda Cunda adasındayıq və qarşımızda Mədən adası var. Bu gün bir adadan digərinə piyada keçəcəyik. Bu, Türkiyədə çox nadir görülən, bənzərsiz bir təcrübədir."

Tədbirdə ABŞ-dən iştirak edən təbiət yürüşçüsü Bilgə Akpınar isə deyir:

"Bu mənim üçün çox gözəl bir təcrübə olacaq. İlk dəfə belə bir yer görürəm və eşidirəm. Adətən Amerikada yaşayıram. Su içindən keçərək başqa bir adaya getmək doğrudan da maraqlı və unudulmaz bir təcrübə olacaq."


İlk dəfə yürüşə qatılan təbiət yürüşçüsü Niyazi Tekin isə belə danışdı:

"Həyəcanlıyam, ilk dəfə yeriyəcəm. Ümid edirəm ki, gözəl və xoş bir yürüş olar."

Yürüşçülər Mədən adasında yerləşən körfəzlərdə üzərək və təbiətlə baş-başa vaxt keçirərək eyni marşrutla Cunda adasına geri dönüblər. Yalnız müəyyən mövsümlərdə və uyğun su səviyyəsində mümkün olan bu özəl yürüş, iştirakçılara bənzərsiz təcrübə təqdim edərək təbiətlə vəhdətin ən qeyri-adi yollarından birini nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri