Türkiyədə kimya zavodunda partlayış olub

12.06.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Türkiyədə kimya zavodunda partlayış baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tekirdağın Ergene rayonunda qeydə alınıb. Məlumata görə, kimya fabrikində kimyəvi maddə ilə doldurulmuş reaktor çənindəki sızma nəticəsində baş verən partlayışda dörd işçi yaralanıb.
İlkin məlumata görə, yaralılardan biri ağır vəziyyətdədir. Məlumatdan sonra əraziyə jandarma, səhiyyə, yanğınsöndürmə, AFAD və kimya, bioloji, radioloji və nüvə qrupları göndərilib.
Yaralılar müalicə üçün Çorlu Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan yaralı işçilərdən biri İstanbula köçürülüb.
Arzu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью