Türkiyədə kimya zavodunda partlayış olub
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Türkiyədə kimya zavodunda partlayış baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tekirdağın Ergene rayonunda qeydə alınıb. Məlumata görə, kimya fabrikində kimyəvi maddə ilə doldurulmuş reaktor çənindəki sızma nəticəsində baş verən partlayışda dörd işçi yaralanıb.
İlkin məlumata görə, yaralılardan biri ağır vəziyyətdədir. Məlumatdan sonra əraziyə jandarma, səhiyyə, yanğınsöndürmə, AFAD və kimya, bioloji, radioloji və nüvə qrupları göndərilib.
Yaralılar müalicə üçün Çorlu Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan yaralı işçilərdən biri İstanbula köçürülüb.
Arzu
Bu mövzuda digər xəbərlər:Türkiyədə kimya zavodunda partlayış olub, ölənlər var
04 Oktyabr 2025 13:28
Türkiyədə kimya zavodunda güclü partlayış VİDEO FOTO
10 Dekabr 2025 16:23
Türkiyədə neft emalı zavodunda partlayış OLUB
25 Noyabr 2024 23:32
Türkiyədə neft emalı zavodunda partlayış
25 Noyabr 2024 23:38
Baxış sayı:122
Bu xəbər 12 İyun 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















