Türkiyədə kritik hərbi bölgələrə dair məlumatları İran kəşfiyyatına ötürən şübhəlilər saxlanılıb

14.03.2025

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə ölkədəki hərbi bazalar və kritik bölgələr, eləcə də Türkiyənin xaricdə yerləşən mühüm məntəqələrinə dair məlumatları ələ keçirərək İran kəşfiyyatına ötürdüyü müəyyən edilən 5 şübhəli saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında istintaq başladılıb. Nəticədə ölkə daxilində beş nəfərin “hərbi və siyasi casusluq” törətdiyi müəyyən edilib. Bu istiqamətdə Türkiyənin İstanbul, Antalya və Merin vilayətlərində keçirilən əməliyyat nəticəsində beş şübhəli saxlanılıb.

Onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat əməkdaşları ilə əlaqə quraraq Türkiyədəki hərbi bazalar, strateji əhəmiyyət daşıyan bölgələr və xaricdəki kritik məntəqələrə dair məlumatları ələ keçirərək İran kəşfiyyatına ötürdükləri aşkarlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью