Türkiyədə kritik hərbi bölgələrə dair məlumatları İran kəşfiyyatına ötürən şübhəlilər saxlanılıb
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə ölkədəki hərbi bazalar və kritik bölgələr, eləcə də Türkiyənin xaricdə yerləşən mühüm məntəqələrinə dair məlumatları ələ keçirərək İran kəşfiyyatına ötürdüyü müəyyən edilən 5 şübhəli saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında istintaq başladılıb. Nəticədə ölkə daxilində beş nəfərin “hərbi və siyasi casusluq” törətdiyi müəyyən edilib. Bu istiqamətdə Türkiyənin İstanbul, Antalya və Merin vilayətlərində keçirilən əməliyyat nəticəsində beş şübhəli saxlanılıb.
Onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat əməkdaşları ilə əlaqə quraraq Türkiyədəki hərbi bazalar, strateji əhəmiyyət daşıyan bölgələr və xaricdəki kritik məntəqələrə dair məlumatları ələ keçirərək İran kəşfiyyatına ötürdükləri aşkarlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Mart 2025 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















