Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

01.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

İstanbul, 1 oktyabr, AZƏRTAC

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədən ocağında bu gün günorta saatlarında baş verən uçqun nəticəsində ölənlərin sayı ikiyə çatıb.

AZƏRTAC xəbər verir ki, hadisə özəl şirkətə məxsus mədəndə işçilərin çalışdığı zaman baş verib. Uçqun altında qalan 7 işçidən 2-si xilas edilib, 2-si isə həyatını itirib.

Dağıntılar altında qalan daha 3 işçinin xilas olunması istiqamətində işlər davam etdirilir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью