Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
İstanbul, 1 oktyabr, AZƏRTAC
Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədən ocağında bu gün günorta saatlarında baş verən uçqun nəticəsində ölənlərin sayı ikiyə çatıb.
AZƏRTAC xəbər verir ki, hadisə özəl şirkətə məxsus mədəndə işçilərin çalışdığı zaman baş verib. Uçqun altında qalan 7 işçidən 2-si xilas edilib, 2-si isə həyatını itirib.
Dağıntılar altında qalan daha 3 işçinin xilas olunması istiqamətində işlər davam etdirilir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:Türkiyədə bu ərazidə temperatur 3 dərəcəyə düşdü
02 Noyabr 2026 14:24
Türkiyədə meşəlik ərazidə yanğın başlayıb
05 Avqust 2025 01:03
Dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam etdirilir
24 İyul 2026 09:56
Türkiyədə mədən çökdü
01 Avqust 2025 12:06
Baxış sayı:160
Bu xəbər 01 Oktyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















