Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə

19.06.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Antalya vilayətində yerləşən otellərdən birində baş verən xlor sızması nəticəsində 25 nəfər zəhərlənib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Manavqatın məşhur turizm bölgəsi olan Qızılağac məhəlləsində yerləşən oteldə qeydə alınıb.

İlkin məlumata görə, xlor sızması otelin texniki otağında dezinfeksiya işləri aparılan zaman baş verib. Hadisə nəticəsində həm otelin əməkdaşları, həm də qonaqlar zəhərli xlordan zəhərləniblər.

Təhlükəsizlik məqsədilə onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkim müayinəsindən sonra zərərçəkənlərin hamısı evə buraxılıb. Məlumata görə, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir və həyati təhlükələri yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью