Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya vilayətində yerləşən otellərdən birində baş verən xlor sızması nəticəsində 25 nəfər zəhərlənib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Manavqatın məşhur turizm bölgəsi olan Qızılağac məhəlləsində yerləşən oteldə qeydə alınıb.
İlkin məlumata görə, xlor sızması otelin texniki otağında dezinfeksiya işləri aparılan zaman baş verib. Hadisə nəticəsində həm otelin əməkdaşları, həm də qonaqlar zəhərli xlordan zəhərləniblər.
Təhlükəsizlik məqsədilə onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkim müayinəsindən sonra zərərçəkənlərin hamısı evə buraxılıb. Məlumata görə, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir və həyati təhlükələri yoxdur.
Baxış sayı:145
Bu xəbər 19 İyun 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















