Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbulda prokuror Ercan Kayhanı bıçaqlayaraq qətlə yetirən 19 yaşlı Mustafa Can Gül həbs olunub.
Avtosfer.az bu barədə "Sabah" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, qətl hadisəsindən sonra saxlanılan gəncin dindirilməsi başa çatıb.
Hakim qarşısına çıxarılan Mustafa Can Gül məhkəmənin qərarı ilə həbs edilərək həbsxanaya göndərilib.
***09:41 İstanbulun Çekmeköy rayonunda yerləşən restoranların birində cinayət hadisəsi baş verib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika prokuroru, 58 yaşlı Ercan Kayhan ədavəti olduğu Mustafa Can G.
(19 yaş) tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib.