Türkiyədə prokuror faciəvi şəkildə qətlə yetirildi FOTO YENİLƏNİB
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbulda prokuror Ercan Kayhanı bıçaqlayaraq qətlə yetirən 19 yaşlı Mustafa Can Gül həbs olunub.
Avtosfer.az bu barədə "Sabah" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, qətl hadisəsindən sonra saxlanılan gəncin dindirilməsi başa çatıb.
Hakim qarşısına çıxarılan Mustafa Can Gül məhkəmənin qərarı ilə həbs edilərək həbsxanaya göndərilib.
***09:41
İstanbulun Çekmeköy rayonunda yerləşən restoranların birində cinayət hadisəsi baş verib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika prokuroru, 58 yaşlı Ercan Kayhan ədavəti olduğu Mustafa Can G. (19 yaş) tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib.
Çağlayandakı İstanbul Ədliyyə Sarayının Ümumi İstintaq Bürosunda çalışan prokuror Kayhan hadisə yerində həyatını itirib. Məlumata görə, şübhəli Mustafa Can G. hadisədən dərhal sonra cinayət aləti ilə birlikdə polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, 19 yaşlı Mustafa Can G. bu vaxtadək 3 dəfə cinayət məsuliyyətinə cəlb olunub və bir müddət həbsdə qalıb. Həmçinin, o, hadisənin baş verdiyi restoranda 2 il ofisiant kimi işləyibmiş.
Faktla bağlı araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Sentyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















