Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə siyasətinin son günlərdə əsas gündəm mövzularından biri növbədənkənar seçki müzakirələri olub.
Müxalifət növbədənkənar seçki çağırışlarını davam etdirsə də, hakimiyyət nümayəndələri seçkilərin vaxtında keçiriləcəyini bildirirdilər.
Seçki təqvimi ilə bağlı diqqətçəkən açıqlama isə Prezidentin baş müşaviri Mehmet Uçumdan gəlib.
Mehmet Uçum mümkün seçki tarixi və Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Uçum seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsinin proqnozlaşdırdığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, onun sözlərinə görə, bu tarix Prezident üsul-idarəsi sisteminə keçidlə bağlı keçirilmiş referendumun ildönümünə təsadüf etdiyi üçün simvolik əhəmiyyət daşıyır.
Uçum bildirib ki, seçkilərin yenilənməsi barədə qərar Türkiyə Böyük Millət Məclisində 360 deputatın səsi ilə qəbul edilərsə, seçkilər 16 aprel 2028-ci ildə keçirilə bilər. O, bu tarixin xüsusi simvolik məna daşıdığını qeyd edib. Uçum Prezident üsul-idarəsi sisteminə keçidlə bağlı referendumun 16 apreldə keçirildiyini xatırladıb və 2027-ci ilin son rübündə seçki keçirilməsi ehtimalını aşağı qiymətləndirib.
Uçum seçkilərin mart və ya aprel ayında keçirilə biləcəyini də deyib. O, həmçinin Ərdoğanın mövcud sistem çərçivəsində sonuncu dəfə prezidentliyə namizəd olacağını bildirib: “Seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsini proqnozlaşdırıram. Bu tarix Prezident üsul-idarəsi sisteminə keçidimizlə bağlı referendumun keçirildiyi tarixdir. Simvolik mənası var. Cənab Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə namizəd olacaq. Konstitusiyaya görə, namizədliyə seçkilər Məclis yenilədiyi halda namizəd olur və biz buna istisna namizədlik deyirik”.
Uçum “istisna namizədlik” məsələsini də izah edib və Türkiyə Böyük Millət Məclisində bu istiqamətdə hansı addımın atılmasının və bunun necə həyata keçirilə biləcəyinin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Ərdoğanın namizədliyi siyasi baxımdan məlumdur və cəmiyyət də onun prezidentliyə namizədliyinin gözləyir. Uçum bildirib ki, bunun hüquqi baxımdan rəsmiləşməsi üçün 7 may 2028-ci ildən əvvəl seçkinin keçirilməsi lazımdır.
Onun sözlərinə görə, hüquqi baxımdan may ayında seçkinin keçirilməsi üçün onun önə çəkilməsi tələb olunur. “Yəni bunun hüquqiləşməsinin qarşısında bu tarix dayanır”, - deyə Uçum bildirib.
O, bu tarix kimi daha əvvəl də qeyd etdiyi 16 aprel və ya ondan əvvəlki müddəti göstərib. Bununla bağlı fevral ayında Türkiyə Böyük Millət Məclisində seçkilərin vaxtının önə çəkilməsi üçün qərar qəbul edilməli olduğu bildirilib.
Uçum bu məsələdə siyasi partiyaların mövqeyinə də toxunub. O deyib ki, burada mühüm bir məqam var:
"Bundan sonrakı bəlkə də bu məsələ müzakirə olunacaq. Mən heç bir siyasi partiyanın Ərdoğanın namizədliyinin qarşısında dayanacağını düşünmürəm. Buna heç bir partiyanın "xeyr" deyəcəyini də düşünmürəm”.
O, iqtisadi məsələlərə də toxunaraq müxalifətin tez-tez “Sizi sandıqda məğlub edəcəyik” dediyini xatırladıb və bu halda parlamentdə seçkilərin yenilənməsi ilə bağlı qərarın qəbul edilməsinin mümkün olduğunu bildirib.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin