Icma.az
close
up
RU
Türkiyədə seçki tarixi açıqlandı: Ərdoğan son dəfə namizəd olacaq

Türkiyədə seçki tarixi açıqlandı: Ərdoğan son dəfə namizəd olacaq

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə siyasətinin son günlərdə əsas gündəm mövzularından biri növbədənkənar seçki müzakirələri olub.

Müxalifət növbədənkənar seçki çağırışlarını davam etdirsə də, hakimiyyət nümayəndələri seçkilərin vaxtında keçiriləcəyini bildirirdilər. 

Seçki təqvimi ilə bağlı diqqətçəkən açıqlama isə Prezidentin baş müşaviri Mehmet Uçumdan gəlib.

Mehmet Uçum mümkün seçki tarixi və Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Uçum seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsinin proqnozlaşdırdığını bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, onun sözlərinə görə, bu tarix Prezident üsul-idarəsi sisteminə keçidlə bağlı keçirilmiş referendumun ildönümünə təsadüf etdiyi üçün simvolik əhəmiyyət daşıyır. 

Uçum bildirib ki, seçkilərin yenilənməsi barədə qərar Türkiyə Böyük Millət Məclisində 360 deputatın səsi ilə qəbul edilərsə, seçkilər 16 aprel 2028-ci ildə keçirilə bilər. O, bu tarixin xüsusi simvolik məna daşıdığını qeyd edib. Uçum Prezident üsul-idarəsi sisteminə keçidlə bağlı referendumun 16 apreldə keçirildiyini xatırladıb və 2027-ci ilin son rübündə seçki keçirilməsi ehtimalını aşağı qiymətləndirib.

Uçum seçkilərin mart və ya aprel ayında keçirilə biləcəyini də deyib. O, həmçinin Ərdoğanın mövcud sistem çərçivəsində sonuncu dəfə prezidentliyə namizəd olacağını bildirib: “Seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsini proqnozlaşdırıram. Bu tarix Prezident üsul-idarəsi sisteminə keçidimizlə bağlı referendumun keçirildiyi tarixdir. Simvolik mənası var. Cənab Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə namizəd olacaq. Konstitusiyaya  görə, namizədliyə seçkilər Məclis  yenilədiyi halda namizəd olur və biz buna istisna namizədlik deyirik”. 

Uçum “istisna namizədlik” məsələsini də izah edib və Türkiyə Böyük Millət Məclisində bu istiqamətdə hansı addımın atılmasının və bunun necə həyata keçirilə biləcəyinin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Ərdoğanın namizədliyi siyasi baxımdan məlumdur və cəmiyyət də onun prezidentliyə namizədliyinin gözləyir. Uçum bildirib ki, bunun hüquqi baxımdan rəsmiləşməsi üçün 7 may 2028-ci ildən əvvəl seçkinin keçirilməsi lazımdır.

Onun sözlərinə görə, hüquqi baxımdan may ayında seçkinin keçirilməsi üçün onun önə çəkilməsi tələb olunur. “Yəni bunun hüquqiləşməsinin qarşısında bu tarix dayanır”, - deyə Uçum bildirib.

O, bu tarix kimi daha əvvəl də qeyd etdiyi 16 aprel və ya ondan əvvəlki müddəti göstərib. Bununla bağlı fevral ayında Türkiyə Böyük Millət Məclisində seçkilərin vaxtının önə çəkilməsi üçün qərar qəbul edilməli olduğu bildirilib.

Uçum bu məsələdə siyasi partiyaların mövqeyinə də toxunub. O deyib ki, burada mühüm bir məqam var:

"Bundan sonrakı bəlkə də bu məsələ müzakirə olunacaq. Mən heç bir siyasi partiyanın Ərdoğanın namizədliyinin qarşısında dayanacağını düşünmürəm. Buna heç bir partiyanın  "xeyr" deyəcəyini də düşünmürəm”.

O, iqtisadi məsələlərə də toxunaraq müxalifətin tez-tez “Sizi sandıqda məğlub edəcəyik” dediyini xatırladıb və bu halda parlamentdə seçkilərin yenilənməsi ilə bağlı qərarın qəbul edilməsinin mümkün olduğunu bildirib.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: seçki Ərdoğan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri