“Türkiyədə texniki cəhətdən yüksək səviyyəli oyunlar izləyə bilmirik” | Icma.az
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella iştirak etdiyi bir tədbirdə açıqlamalar verib.
Millətlər Liqasında Türkiyənin Monteneqroya şok məğlubiyyətindən və qrupu lider kimi tamamlaya bilməməsindən sonra italiyalı mütəxəssisə yönələn tənqidlər artdı.
“Ay-ulduzlular” martda ML-də A liqasına yüksəlmək üçün Macarıstanla pley-off matçları keçirəcək.
Montellanı dinləyək: “Macarıstanla oyunlardan öncə favorit sayılmağımız müsbət haldı.
Macarıstan 6 ildi eyni məşqçinin başçılığı altında oynayır. Cari turnirdə də zatən A liqasında oynamışdılar.
Martda futbolçuların yığmaya hansı durumda gəlməsindən çox şey asılı olacaq. Nə olur-olsun, öz oyunumuzdan vaz keçməyəcəyik.
Son Avropa çempionatında 8 qolumuzdan 7-ni fərqli futbolçular vurdu. Yəni hər kəsin qol vura biləcəyi bir komanda formalaşdırmaq istəyirəm.
Tam oxu
Xəbəri oxu