Icma.az
close
up
RU
“Türkiyədə texniki cəhətdən yüksək səviyyəli oyunlar izləyə bilmirik”

“Türkiyədə texniki cəhətdən yüksək səviyyəli oyunlar izləyə bilmirik”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella iştirak etdiyi bir tədbirdə açıqlamalar verib.

Millətlər Liqasında Türkiyənin Monteneqroya şok məğlubiyyətindən və qrupu lider kimi tamamlaya bilməməsindən sonra italiyalı mütəxəssisə yönələn tənqidlər artdı. “Ay-ulduzlular” martda ML-də A liqasına yüksəlmək üçün Macarıstanla pley-off matçları keçirəcək. Montellanı dinləyək:

“Macarıstanla oyunlardan öncə favorit sayılmağımız müsbət haldı. Macarıstan 6 ildi eyni məşqçinin başçılığı altında oynayır. Cari turnirdə də zatən A liqasında oynamışdılar. Martda futbolçuların yığmaya hansı durumda gəlməsindən çox şey asılı olacaq. Nə olur-olsun, öz oyunumuzdan vaz keçməyəcəyik. Son Avropa çempionatında 8 qolumuzdan 7-ni fərqli futbolçular vurdu. Yəni hər kəsin qol vura biləcəyi bir komanda formalaşdırmaq istəyirəm. Komandamızdakı oyunçuların özəllikləri və texniki bacarıqları hamıya bəllidi. Monteneqro ilə qarşılaşmada fiziki gücə əsaslanan futbola üstünlük versəydik, öz oyun dəst-xəttimizdən imtina etmiş olacaqdıq. Oyunsonrası açıqlamalarımda da bunu dilə gətirmək istəmişdim. Sadəcə, həmin oyunda əvvəlcədən planlaşdırılması mümkün olmayan şərtlər olduğu üçün istədiyimiz nəticəni qazana bilmədik. Dünya çempionatının seçmə mərhələsində asan rəqiblərlə qarşılaşmayacağıq. İnkişaf etməkdə davam edəcəyik. Birliyimizi pozmamalıyıq. Yeganə hədəf mundiala vəsiqə qazanmaq olmalıdı. Bu komanda 22 ildi DÇ-lərdə iştirak etmir. Oyunlara ən yaxşı şəkildə köklənəcəyik. Final mərhələsində mütləq yer almalıyıq. Arda Gülər rəqabətin ən yüksək olduğu bir komandada özünə yer etməyə çalışır. Son dönəmlərdə onun həm işə yanaşma, həm də xarakter baxımından çox inkişaf etdiyini görmək olar. Mübarizə aparmağın nə demək olduğunu öyrənib. Ona görə də “Real”da qarşıdakı dönəmlərdə daha çox şans qazanacağına inanıram. Mourinyonun Türkiyə çempionatındakı futbolu tənqid etməsi haqda nə düşünürəm? Həqiqətən də Türkiyədə texniki cəhətdən yüksək səviyyədə olan oyunlar izləyə bilmirik. Məsələn, İngiltərədə belə oyunları çox izləyirik. Müqayisə etsək, Türkiyədəki oyunlar İspaniyanın ortabab klublarının oyunları kimi keçir. Türkiyə ilə digər ölkələr arasındakı fərqi göstərmək üçün bu misalı çəkdim”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri