Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq Camalqızı | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bizim üçün dünyada Türkiyə qədər ikinci doğma bir ölkə yoxdur.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı Türkiyə–Azərbaycan Qardaşlıq Forumunda deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə dostluğu xalqın arzusundan doğmuş bir münasibətin bəhrəsidir.
"2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixində qara bir səhifə kimi yazılmağa çalışılsa da, xalqın iradəsi və qəhrəmanlığı ilə həmin gecə həm də bir dirəniş və zəfər simvoluna çevrildi.
Türk xalqı dünyaya göstərdi ki, türkü yıxmaq olmaz. Bu, bir dərs oldu.
O gecə qanunsuz hərbi çevrilişə cəhd edən qruplar, Türkiyə Respublikasının demokratik əsaslarını dağıtmaq, seçilmiş hökuməti devirmək və xalqa qarşı silah işlətmək istədilər.
Amma unuda bildikləri bir şey vardı: xalq iradəsinin gücü, millətin vəhdəti və azadlıq sevgisi.
Türkiyə xalqı tankların qarşısına çıxdı, güllələrə sinəsini sipər etdi.
Tam oxu
Xəbəri oxu