Icma.az
close
up
RU
Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq Camalqızı

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq Camalqızı

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizim üçün dünyada Türkiyə qədər ikinci doğma bir ölkə yoxdur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı Türkiyə–Azərbaycan Qardaşlıq Forumunda deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə dostluğu xalqın arzusundan doğmuş bir münasibətin bəhrəsidir.

"2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixində qara bir səhifə kimi yazılmağa çalışılsa da, xalqın iradəsi və qəhrəmanlığı ilə həmin gecə həm də bir dirəniş və zəfər simvoluna çevrildi. Türk xalqı dünyaya göstərdi ki, türkü yıxmaq olmaz. Bu, bir dərs oldu.

O gecə qanunsuz hərbi çevrilişə cəhd edən qruplar, Türkiyə Respublikasının demokratik əsaslarını dağıtmaq, seçilmiş hökuməti devirmək və xalqa qarşı silah işlətmək istədilər. Amma unuda bildikləri bir şey vardı: xalq iradəsinin gücü, millətin vəhdəti və azadlıq sevgisi.

Türkiyə xalqı tankların qarşısına çıxdı, güllələrə sinəsini sipər etdi. Yaşından, siyasi baxışından, mənsubiyyətindən asılı olmayaraq milyonlarla insan bir araya gəlib, “bu ölkə bizimdir, bu bayraq enməz, bu dövlət bölünməz” dedi. Onlar yalnız demokratiyanı deyil, gələcəyini də qorudular".

Onun sözlərinə görə, 15 iyul sadəcə bir tarix deyil: "Bu gün demokratiya uğrunda can verən şəhidlərin xatirəsinin yaşadıldığı, azadlığın necə dəyərli olduğunu bir daha xatırladığımız gündür. Həmçinin, xarici və daxili təhlükələr qarşısında birliyin, bərabərliyin və milli həmrəyliyin nə qədər vacib olduğunu göstərən bir dərsdir.

Bizlər, bu hadisədən nəticə çıxarmalıyıq. Demokratiyanın, hüququn və milli iradənin qorunması üçün daim ayıq olmalı, tariximizi bilməli, sabaha daha güclü, daha məlumatlı və daha məsuliyyətli bir şəkildə irəliləməliyik.

Sonda isə 15 iyul şəhidlərini hörmət və minnətlə yad edir, qazilərə sağlıq və uzun ömür arzulayıram. Unutmayaq ki, xalqın gücü heç bir gücdən zəif deyil. Ən güclü ordu xalq ordusudur", - deyə Aynur Camalqızı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri