Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.
Milli.Az xəbər verir ki, Bolu Kartalkayada 12 mərtəbəli "Grand Kartal" hotelində baş verən yanğından sonra qonaqları xilas etməyə çalışan otel işçiləri yanğının böyüməyinə səbəbin tamamilə səhlənkarlıq olduğunu bildiriblər.
Onlar qeyd ediblər ki, oteldə baş verəcək hər hansı hadisə üçün əvvəlcədən tədbir görülməyib.
Onların sözlərinə görə, yanğın müdriyyət tərəfindən gec fərq edilib. İdmançı və anası da Boludakı yanğında öldü "Taxta binadır.
Yanğın siqnalı olsaydı, bu qədər insan ölməzdi. Yəni, var, amma işləmir" - otel işçisi bildirib.
Otelin təmizlik işçisi isə "Mərtəbələrdə yanğınsöndürən yoxdur, yanğın siqnalları işləmir" sözlərini deyib.
Otelin çöl üzlüyü taxta olduğundan alov sürətlə yayılıb. Otel işçisi Halil Gümüş bildirib ki, gecə yuxudan oyandıqdan sonra oteldəki yanğına