Icma.az
close
up
RU
Türkiyədəki yanğının əsl səbəbləri: Əvvəldən bəlli imiş FOTOlar

Türkiyədəki yanğının əsl səbəbləri: Əvvəldən bəlli imiş FOTOlar

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.

Milli.Az xəbər verir ki, Bolu Kartalkayada 12 mərtəbəli "Grand Kartal" hotelində baş verən yanğından sonra qonaqları xilas etməyə çalışan otel işçiləri yanğının böyüməyinə səbəbin tamamilə səhlənkarlıq olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, oteldə baş verəcək hər hansı hadisə üçün əvvəlcədən tədbir görülməyib. Onların sözlərinə görə, yanğın müdriyyət tərəfindən gec fərq edilib.

İdmançı və anası da Boludakı yanğında öldü

"Taxta binadır. Yanğın siqnalı olsaydı, bu qədər insan ölməzdi. Yəni, var, amma işləmir" - otel işçisi bildirib. Otelin təmizlik işçisi isə "Mərtəbələrdə yanğınsöndürən yoxdur, yanğın siqnalları işləmir" sözlərini deyib.

Otelin çöl üzlüyü taxta olduğundan alov sürətlə yayılıb.

Otel işçisi Halil Gümüş bildirib ki, gecə yuxudan oyandıqdan sonra oteldəki yanğına ilk müdaxiləni həmkarları ilə birgə edib:

Dəhşətli yanğından geriyə qalanlar FOTOlarda

"Qışqırıq səsinə oyandım.O səslər hələ də qulaqlarımda cingildəyir. İnsanların "məni xilas et" deməkdən başqa çarəsi yox idi" .

Yanğınsöndürmə briqadası gec gəldiyinə görə dostları ilə birlikdə qonaqları xilas etməyə çalışdığını deyən otel işçisi Kamal Gümüş həmin anlar haqqında bunları deyib: "Çox insan özünü xilas etmək üçün pəncərədən tullandı" .

Qızının ölümünə dözmədi, infarkt oldu - FOTO

Otelin içindəki insanların tüstüdən yol tapa bilmədiklərini, otelin arxa tərəfində yerləşdiyi üçün müdaxilənin mümkün olmadığını və oteldə yanğına qarşı görülən tədbirlərin qeyri-kafi olduğunu bildirən təmizlik işçisi  " Düzgün yanğın nərdivanı yoxdur, mərtəbələrdə yanğınsöndürənlər belə yoxdur, yanğın siqnalizasiyaları işləmir" deyərək üsyan edib.

Qeyd edək ki, yanğınla bağlı 9 nəfər saxlanılıb.Araşdırmalar davam edir.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri