Türkiyədən Azərbaycana narkotik keçirən tanınmış aktyor SAXLANILDI + FOTO

30.12.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildiriib ki, dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

İstanbul-Bakı aviareysi ilə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupunun üzvü tanınmış aktyordur.

Sfera.az-ın xəbərinə görə, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov bir çox serial, qısametrajlı filmlərdə və reklam çarxlarında çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью