Türkiyədən Azərbaycana narkotik keçirən tanınmış aktyor SAXLANILDI + FOTO
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildiriib ki, dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
İstanbul-Bakı aviareysi ilə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupunun üzvü tanınmış aktyordur.
Sfera.az-ın xəbərinə görə, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov bir çox serial, qısametrajlı filmlərdə və reklam çarxlarında çəkilib.
Baxış sayı:163
Bu xəbər 30 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















