Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batıb, dörd nəfər ölüb

28.11.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədən Yunanıstana keçməyə çalışan qanunsuz miqrantların olduğu qayıq Ege dənizində Samos adası sahillərində batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i Yunanıstanın dövlət televiziyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ikisi qadın, ikisi uşaq olmaqla dörd nəfər ölüb. Onların cəsədləri tapılıb. Daha 16 nəfər isə xilas edilib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl Samos adası sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью