Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batıb, dörd nəfər ölüb
Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədən Yunanıstana keçməyə çalışan qanunsuz miqrantların olduğu qayıq Ege dənizində Samos adası sahillərində batıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i Yunanıstanın dövlət televiziyasına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ikisi qadın, ikisi uşaq olmaqla dörd nəfər ölüb. Onların cəsədləri tapılıb. Daha 16 nəfər isə xilas edilib.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, daha əvvəl Samos adası sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölmüşdü.

Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batıb, dörd nəfər ölüb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
28 Noyabr 2024 18:38
Qanunsuz miqrant daşıyan qayıq batdı; 4 nəfər ölüb
28 Noyabr 2024 23:24
Miqrant daşıyan qayıq Aralıq dənizində batıb
27 Yanvar 2025 00:13
Yunanıstanda miqrant qayığı batıb, 5 nəfər ölüb
14 Dekabr 2024 18:21
Nigeriyada sərnişinləri daşıyan qayıq batıb
16 Dekabr 2024 10:37

