Türkiyəli aktrisa İrem Helvacıoğlu avtomobil qəzası keçirdi

23.10.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Türkiyəli aktrisa İrem Helvacıoğlu İstanbulun Bağdat Caddesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı Anadolu Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Hadisə şahidlərinin sözlərinə görə, bir motosiklet yoldakı avtomobillərdən birinə çırpıldıqdan sonra İrem Helvacıoğlu, onun həyat yoldaşı Ural Kaspar və bir həftəlik körpələri Soranın olduğu istiqamətə doğru sovrulub. Nəticədə Helvacıoğlu və daha iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Sonradan yayılan rəsmi məlumatda İrem Helvacıoğlunun müalicəsinin ardından evə buraxıldığı bildirilib.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью