Türkiyəli aktrisa İrem Helvacıoğlu avtomobil qəzası keçirdi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Türkiyəli aktrisa İrem Helvacıoğlu İstanbulun Bağdat Caddesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.
Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı Anadolu Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir motosiklet yoldakı avtomobillərdən birinə çırpıldıqdan sonra İrem Helvacıoğlu, onun həyat yoldaşı Ural Kaspar və bir həftəlik körpələri Soranın olduğu istiqamətə doğru sovrulub. Nəticədə Helvacıoğlu və daha iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Sonradan yayılan rəsmi məlumatda İrem Helvacıoğlunun müalicəsinin ardından evə buraxıldığı bildirilib.
Həmidə İbrahimova
Baxış sayı:153
Bu xəbər 23 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















