Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Kənan Yavuz...
bu ad təkcə Türkiyə mətbuatının yox, həm də Azərbaycan mətbuatının ən çox bəhs etdiyi imzalarından olub.
Türkiyəli jurnalist Sərxan Aksüyekin təqdim etdiyi “Bir sahiblənmə hekayəsi.
Bir kənd evindən başlayan və dünyaya çatan uğur” adlı kitabda bunlara bir daha şahidlik edilir.
Türkiyənin ən kiçik şəhəri olan Bayburtun adı çox az insana məlum olan Beşpınar kəndində doğulan Kənan Yavuz həmişə böyük əməllərin arzusunda olub.
O, hər zaman kəndin sərhədlərini keçmək, dünyanı kəşf etmək istəyirdi. Ancaq bu arzunun həyata keçməsi asan deyildi.
Kəndin imkanları məhdud idi və gənc yaşda dünya haqqında məlumatları yalnız kəndin yaşlılarının hekayələrindən eşidirdi.
Günlər keçdi, gənç Kənan çox çətinliklərlə üzləşsə də, hədəfindən yayınmadı. Nəhayət, öz işində böyüdü və tanınanlardan oldu.