Icma.az
close
up
RU
Türkiyəli məşhur iş adamını Azərbaycana bağlayan uğurlar...

Türkiyəli məşhur iş adamını Azərbaycana bağlayan uğurlar...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Kənan Yavuz... bu ad təkcə Türkiyə mətbuatının yox, həm də Azərbaycan mətbuatının ən çox bəhs etdiyi imzalarından olub. Türkiyəli jurnalist Sərxan Aksüyekin təqdim etdiyi “Bir sahiblənmə hekayəsi. Bir kənd evindən başlayan və dünyaya çatan uğur” adlı kitabda bunlara bir daha şahidlik edilir.

            Türkiyənin ən kiçik şəhəri olan Bayburtun adı çox az insana məlum olan Beşpınar kəndində doğulan Kənan Yavuz həmişə böyük əməllərin arzusunda olub. O, hər zaman kəndin sərhədlərini keçmək, dünyanı kəşf etmək istəyirdi. Ancaq bu arzunun həyata keçməsi asan deyildi. Kəndin imkanları məhdud idi və gənc yaşda dünya haqqında məlumatları yalnız kəndin yaşlılarının hekayələrindən eşidirdi.

            Günlər keçdi, gənç Kənan çox çətinliklərlə üzləşsə də, hədəfindən yayınmadı. Nəhayət, öz işində böyüdü və  tanınanlardan oldu. Onun sahibləndiyi hekayə, yalnız maddi uğurla ölçülmürdü. Kiçik bir kənddən başlayıb dünyaya qədər uzanan yol onun baçarığının təntənəsi idi.  İçindəki gücü tapmaqla, dünyaya və insanlara dəyəri ilə təkcə ölkəsinin yox, həm də dünyanın ən məşhur şirkətlərindən birinə rəhbər oldu.  

            2004-cü ildə Türkiyənin Petkim Petrokimya hodinqinqinin rəhbəri vəzifəsinə irəli çəkilən Kənan Yavuz 2008-ci ildə Türkiyənin ilk və yeganə neft-kimya kompleksi “Petkim”in 51 faiz səhmini alaraq qardaş ölkədə fəaliyyətə başlayan  SOCAR-ın genişlənən fəaliyyətinə rəhbərlik edir. Dünyanın ən köklü neft və təbii qaz şirkətlərindən biri olan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Türkiyədəki törəməsi olan SOCAR Turkiyə Enerji A.Ş – “SOCAR Türkiyə”nin də ilk rəbbəri olur. 2016-cı ilə qədər “SOCAR-Türkiyə”yə rəhbərlik edən Kənan bəyin rəhbərliyi ilə bir-birinin ardınca nəhəng layihələr həyata keçirən “SOCAR Türkiyə” indi Petkim, TANAP, STAR Neft Emalı Zavodu, SOCAR Terminalı, Petkim RES, Bursagaz, Kayserigaz, SOCAR Enerji Ticaret, SOCAR Ticaret və SOCAR Storage kimi hər biri öz sahəsində böyük uğurlara imza atan şirkətləri birləşdirir. Məhz o vaxtlar  “SOCAR Türkiyə”  uğurlu seçim edərək Türkiyənin Əliağa bölgəsinə sərmayə yatıraraq biznesini qazanclı etməyi bacardı və Kənan Yavuz bu işdə böyük əməyi olanlardandır.

            Neftin emalı, neft-kimya məhsullarının istehsalı, xam neft və təbii qazın idxalı, saxlanması, paylanması və satışı, eləcə də logistika sahəsində böyük nailiyyətlər qazanan “SOCAR Türkiyə” qardaş ölkənin ən böyük sənaye holdinqinə çevrilib. Hazırda o, Türkiyənin ən böyük xarici investorudur. Azərbaycanın xaricdəki ən böyük sərmayəsi olan  “SOCAR Türkiyə” Türkiyə iqtisadiyyatına ümumilikdə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

            İki qardaş ölkə Azərbaycan və Türkiyə arasında artan iqtisadi əməkdaşlığın simvoluna çevrilən “SOCAR Türkiyə” qoyduğu sərmayələrlə Türkiyənin beynəlxalq enerji arenasında mühüm gücə çevrir, Azərbaycan və Türkiyə iqtisadiyyatlarına böyük töhfələr verir.  

Kənan Yavuzun həyatı və tale yolu haqqında olan kitabı İzmirdə fəaliyyət göstərən “Strateji Kommunikasiya Məsləhətçiliyi” (Stratejik İletişim Danışmanlığı) qrumunun yaradıcısı və rəhbəri Sərxan Aksüyek hazırlayıb. Qeyd edək ki,  Sərxan Aksüyek Egey bölgəsinin, eləcə də Türkiynin yaxşı tanıdığı jurnalistlərdəndir. Uzun illərdir ki, iqtisadi sahədə təqdim etdiyi yazı və araşdırmaları ilə mətbuatın gündəmində olan Sərxan bəy  dəfələrlə Azərbaycanda da olub və Azərbaycan-Türkiyə əlaqələri haqqında yazıların müəllifidir.

            Kitabda Kənan Yavuzun həyatı və fəaliyyəti ilə yanaşı “Petkim”in özəlləşdirilməsi prosesində ortaya çıxan, hətta bəzi qüvvələr tərəfindən qəsdən yaradılan problemlərdən də ətraflı danışılır və təqdim olunan sənədlərdə bu barədə məlumatlar yer alır. 

            Kitabın ən yaxın günlərdə İzmirin məşhur sənət məbədlərindən olan Əhməd Adnan Sayğun sənət mərkəzinin böyük salonunda geniş təqdimatı keçiriləcək.  

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri