Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"İki dost və qardaş ölkə – Azərbaycan və Türkiyə prezidentləri dünən bir araya gələrək son dərəcə mühüm bir layihəni həyata keçirdilər.
Bu layihə ilə Azərbaycan təbii qazı Naxçıvana nəql olunacaq. Bu, olduqca vacib bir hadisədir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələri vasitəsilə Türkiyə Azərbaycanla birlikdə həm dünyanın neft təchizatında, həm də Avropanın qaz təchizatında mühüm rol oynayır.
Bununla Naxçıvan əhalisinin bütün təbii qaz tələbatı İğdır vasitəsilə qarşılanacaq”.
Bu sözləri türkiyəli siyasi şərhçi,professor Mustafa İlıcalı "Cebheinfo.az"-a açıqlamasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr yeni bir enerji bağı ilə daha da güclənir: “Naxçıvandan Türkiyəyə elektrik ötürücü xəttin çəkilməsi ilə yanaşı, Naxçıvanın bütün qaz ehtiyacının qarşılanması bu layihənin nə qədər vacib olduğunu bir daha göstərir.
Azərbaycan qazının Türkiyə vasitəsilə Naxçıvana çatdırılması enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.