Icma.az
close
up
RU
Türkiyəli professor: “Ermənistan və İran təsiri minimuma enir”

Türkiyəli professor: “Ermənistan və İran təsiri minimuma enir”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"İki dost və qardaş ölkə – Azərbaycan və Türkiyə prezidentləri dünən bir araya gələrək son dərəcə mühüm bir layihəni həyata keçirdilər. Bu layihə ilə Azərbaycan təbii qazı Naxçıvana nəql olunacaq. Bu, olduqca vacib bir hadisədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələri vasitəsilə Türkiyə Azərbaycanla birlikdə həm dünyanın neft təchizatında, həm də Avropanın qaz təchizatında mühüm rol oynayır. Bununla Naxçıvan əhalisinin bütün təbii qaz tələbatı İğdır vasitəsilə qarşılanacaq”.

Bu sözləri türkiyəli siyasi şərhçi,professor Mustafa İlıcalı "Cebheinfo.az"-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr yeni bir enerji bağı ilə daha da güclənir: 

“Naxçıvandan Türkiyəyə elektrik ötürücü xəttin çəkilməsi ilə yanaşı, Naxçıvanın bütün qaz ehtiyacının qarşılanması bu layihənin nə qədər vacib olduğunu bir daha göstərir. Azərbaycan qazının Türkiyə vasitəsilə Naxçıvana çatdırılması enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”. 

Ekspert qeyd edib ki, 2005-ci ildə Azərbaycan və İran arasında bağlanmış 25 illik müqaviləyə əsasən, Naxçıvana təbii qaz İran üzərindən nəql edilirdi. 

Türkiyə və Azərbaycan arasında imzalanan yeni sazişə əsasən, İğdırdan Naxçıvanın Sədərək rayonuna qədər uzanan boru kəməri inşa edilib: "Bu boru kəmərinin Azərbaycan ərazisində olan hissəsi 17,5 km, Türkiyə ərazisində isə 80 km olmaqla, ümumilikdə 97 km uzunluğa malikdir. Boru kəmərinin gündəlik qaz ötürmə gücü 2 milyon kubmetr, illik ötürmə gücü isə 730 milyon kubmetr təşkil edir. Lakin bəzi texniki dəyişikliklər və əlavələrlə bu rəqəm 1,8 milyard kubmetrə qədər artırıla bilər. Halbuki, Naxçıvanın illik qaz istehlakı maksimum 300 milyon kubmetrdir. Bu da o deməkdir ki, layihə Naxçıvanın ehtiyaclarını tam şəkildə ödəyir və hətta əlavə ehtiyat da təmin edir”.

 Ekspert hesab edirki, yaxın gələcəkdə dəmir yolu ilə bağlı da oxşar addımlar atılacaq: “Beləliklə, iki qardaş ölkə enerji və nəqliyyat sahələrində əməkdaşlıqlarını gücləndirərək Ermənistan və İran kimi amillərin təsirini minimuma endirir və problemləri birlikdə həll edir. Bu dostluğun və qardaşlığın daim davam etməsini arzulayır, layihənin xeyirli və uğurlu olmasını diləyirəm. Layihənin qısa müddət ərzində həyata keçirilməsi də mühüm məqamlardan biridir. 2023-cü ildə təməli qoyulan bu layihə cəmi iki il ərzində tamamlandı. Dünən, mübarək Ramazan ayında iki lider gözəl bir mənzərə yaradaraq açılış mərasimini videokonfrans vasitəsilə gerçəkləşdirdilər. Birlikdə iftar etdilər və qardaşlığımız daha da möhkəmləndi. Bir Türkiyə vətəndaşı və keçmiş millət vəkili olaraq bu hadisədən böyük məmnuniyyət duyuram”.

 Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri