“Türkiyəni əsir götürmək” planı: Ankaradan Bakını vurmaq istəyən qruplar SENSASİYA | Icma.…
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Globalinfo.az türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani Şam ilə müsahibəni təqdim edir: – 2023-cü ilin iyul ayında bir paylaşımınızda “Türkiyəni əsir almaq planı” olaraq 1 dolların dəyərinin 50 TL-yə çatdırılacağını qeyd etmişdiniz.
Bu planın arxasında hansı qüvvələr dayanır və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
– Bildiyiniz kimi, Türkiyə Cümhuriyyəti dövləti təkcə Türkiyədən ibarət deyil.
Biz dünyanın müxtəlif bölgələrində, bəzilərində siyasi, bəzilərində sosial təsirlərə malik bir ölkəyik.
Amma bunun Türkiyə iqtisadiyyatına hər iki halda – istər sosial, istərsə də siyasi təsiri olduğunu görə bilərik.
“Türkiyəni əsir götürmək” planı 2003-cü ildə İraqın işğalı zamanına gedib çıxır.
Türkiyənin cənubundakı İran-İraq-Suriya xətti Türkiyə üçün siyasi və iqtisadi manevr sahəsi olduğu halda, digər tərəfdən 1815 km-lik təhlükəsizlik xəttini bu qonşular formalaşdırıb.
Tam oxu
Xəbəri oxu