Icma.az
close
up
RU
“Türkiyəni əsir götürmək” planı: Ankaradan Bakını vurmaq istəyən qruplar SENSASİYA

“Türkiyəni əsir götürmək” planı: Ankaradan Bakını vurmaq istəyən qruplar SENSASİYA

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Globalinfo.az türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani Şam ilə müsahibəni təqdim edir:

– 2023-cü ilin iyul ayında bir paylaşımınızda “Türkiyəni əsir almaq planı” olaraq 1 dolların dəyərinin 50 TL-yə çatdırılacağını qeyd etmişdiniz. Bu planın arxasında hansı qüvvələr dayanır və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Bildiyiniz kimi, Türkiyə Cümhuriyyəti dövləti təkcə Türkiyədən ibarət deyil. Biz dünyanın müxtəlif bölgələrində, bəzilərində siyasi, bəzilərində sosial təsirlərə malik bir ölkəyik. Amma bunun Türkiyə iqtisadiyyatına hər iki halda – istər sosial, istərsə də siyasi təsiri olduğunu görə bilərik.

“Türkiyəni əsir götürmək” planı 2003-cü ildə İraqın işğalı zamanına gedib çıxır. Türkiyənin cənubundakı İran-İraq-Suriya xətti Türkiyə üçün siyasi və iqtisadi manevr sahəsi olduğu halda, digər tərəfdən 1815 km-lik təhlükəsizlik xəttini bu qonşular formalaşdırıb. Bu ölkələrdə bir tərəfdən sabitlik hökm sürsə də, digər tərəfdən qarşılıqlı problemləri olduqda Türkiyəyə müraciət edir və müxtəlif sahələr üzrə onunla fərdi şəkildə əməkdaşlıq qururdular.

İraq 2003-cü ildə ABŞ tərəfindən işğal edildikdən sonra Türkiyənin əməkdaşlıq və ya manevr edə biləcəyi bir bölgə olmaqdan çıxdı və PKK terror təşkilatının Türkiyəyə qarşı yerləşdiyi bir məkana çevrildi. Eyni vəziyyət 2011-ci ildən sonra Suriya üçün də keçərli idi və nəticədə Türkiyənin manevr sahələri məhdudlaşdırıldı və əslində, manevr etmək əvəzinə, bu ərazilərdə öz büdcəsindən pul xərcləməyə başladı. 2011-ci ildən əvvəl Suriya ilə bağladığımız ticarət sazişləri nəticəsində Suriya vasitəsilə demək olar ki, bütün ərəb ölkələri ilə ticarət həcmimiz orta hesabla iki dəfə yarım artdı. 2011-ci ildən sonra Suriya ilə ticarətimiz də dayandığında bu ölkənin bizə verdiyi gömrük imtiyazları aradan qaldırıldı və ərəb ölkələri ilə ticarət dövriyyəmiz xeyli azaldı. Bu vəziyyət yerli istehsalı da azaldıb, hətta qida sektorunda da xarici asılılıq artıb. Türkiyənin necə küncə sıxışdırılmağa çalışıldığını İraq və Suriya nümunələri ilə izah etməyə çalışdım. Müxtəlif bölgələrdə Türkiyəyə qarşı fəaliyyətlər də iqtisadi yolla təzyiq göstərmənin bir hissəsinə çevrilir. Nəticədə Türkiyə əleyhinə olan və xaricdə fəaliyyət göstərən lobbilər davamlı olaraq türk millətinə zərər vurmağa çalışırlar. Bu lobbilərin başında isə yunan, erməni və PKK diasporları dayanır.

Deniz Büstani

– Suriyada 8 dekabr 2024-cü ildə Əsəd rejiminin devrilməsindən sonra bərpa və yenidənqurma prosesi gedir. Uzun illərdir Türkiyədə yaşayan suriyalı qaçqınların könüllü geridönüşü Qurban bayramının ikinci günündə də davam edir. Suriyalı miqrantların ölkələrinə qayıtması Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

– Hazırda Türkiyədən Suriyaya gedənlərin çoxu öz ölkələrinə qayıtmır, Suriyaya qohumlarını ziyarət etməyə gedirlər. Əsədin devrilməsindən sonra daimi olaraq ölkələrinə qayıdan suriyalıların sayı 80 min civarındadır. Türkiyədə rəsmi və ya qeyri-rəsmi olaraq 5 milyona yaxın suriyalı olduğunu nəzərə alsaq, bu rəqəm kifayət qədər azdır. Suriyalıların ölkəmizdə olması düşünüldüyü kimi ölkəmiz üçün iqtisadi cəhətdən faydalı olmadı. Suriyalılar qısamüddətli ucuz işçi qüvvəsi kimi çalışsalar da, ucuz əmək bazarı yaratdıqları zaman Türkiyənin kifayət qədər ortadərəcəli kadrları yetişməmiş oldu və bir müddət sonra suriyalılar da normal maaşla işləməyə başladılar. Yəni Türkiyə istehsalçıları ucuz işçi qüvvəsinin üstünlüyündən ixtisaslı işçi zərurəti tələsinə düşdülər. Hər gün öz mənsubiyyətindən uzaqlaşan milyonlarla insan işləmək hüququ olmamasına baxmayaraq, bu şəkildə iqtisadiyyata daxil edilib. Bu qrupun Türkiyə ilə dost münasibətləri qoruyaraq ölkələrinə qayıtması, ixtisaslı kadrların yetişdirilməsi üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, mənsubiyyət problemi yaşaya biləcək insanlar öz doğma torpaqlarına dönəcək və Suriyanın inkişafına töhfə verəcəklər. Bu proses türk cəmiyyətində sosial yükü azaldacaq və dövlətin üzərindəki iqtisadi yükü xeyli yüngülləşdirəcək. Geriyə dönüş cədvəlində hədəflərin qoyulması çox vacibdir. Əsədin ucbatından Türkiyəyə gələn bu qrupun onun devrilməsindən sonra geri göndərilməsi də mühüm humanitar vəzifə olacaq. Bütün suriyalılar geri qayıtsa, Suriyada demoqrafik strukturun dəyişməsinin və terror təşkilatlarının bölünmə planlarının qarşısı alınacaq. Hətta bu vəziyyət ortamüddətli perspektivdə Türkiyə iqtisadiyyatına böyük töhfə verəcək.

– Türkiyədə bəzi media orqanları, eləcə də bu ölkənin müəyyən ictimai şəxsləri Azərbaycana qarşı qərəzli və faktoloji əsasdan məhrum, ittiham xarakterli mövqe formalaşdırmağa başlayıb. Azərbaycanın İsraillə qarşılıqlı strateji maraqlara, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığına qarşı başladılmış bu kampaniyanı Türkiyə cəmiyyəti üçün həssas bir məsələ – Qəzza böhranı üzərindən edirlər. Bu məsələ ilə bağlı mövqeyinizi bilmək istərdim.

– Birinci sualınızda Türkiyəni sıxışdırmaq istəyən lobbi və qüvvələri qeyd etdim. Təəssüf ki, bu lobbilərin Türkiyənin daxilinə uzanan qolları da var. Əgər Azərbaycanı hədəf alanlar araşdırılarsa, əminəm ki, onların erməni, yunan, PKK, FETÖ və ya bu kimi lobbilərlə əlaqəsi olduğu üzə çıxar.

Həmçinin oxuyun:

Bakı müdaxilə etdi, müharibənin qarşısını alındı – “Dəstəyə ehtiyac var”

Hətta, bildiyiniz kimi, Fələstini müdafiə edənlərin bəzilərinin Türkiyədə İsrail kəşfiyyatı üçün işlədiyi də MİT tərəfindən aşkar edilmişdi. Hesab edirəm ki, aşkar edilməyən satqınlar ilk fürsətdə Azərbaycana böhtan ataraq hücuma keçdilər və bununla özlərini bəlli etmiş oldular.

Türkiyədə yaşayıb Azərbaycanı hədəf almağın başqa izahı yoxdur. Fikrimcə, heç bir ölkənin dostluğu Azərbaycanın qardaşlığı qədər önəmli deyil. Dost, yoldaş, müttəfiq tapa bilərsən, amma qardaş tapa bilməzsən. Azərbaycan bizim qardaşımızdır və bu, sözdə deyil, əməldədir. Mən bunu pafos üçün deyil, ürəkdən deyirəm. Türkiyə-Azərbaycan qardaşlığına hücum edənlər, bu iki qardaşın arasına nifaq salmağa çalışanlar vətən xainidir. Təbii ki, həm Türkiyə, həm də Azərbaycan başqa ölkələrlə praqmatik münasibətləri inkişaf etdirə bilər və inkişaf etdirməlidir. Bu hallar hər iki ölkə arasında başa düşüləcək bir vəziyyət olacaq. Çünki Türkiyənin marağı Azərbaycanın, Azərbaycanın marağı isə Türkiyəninkidir. Düşünürəm və hətta bilirəm ki, Azərbaycan türklərinin də Türkiyəyə baxışı dediklərimdən çox da fərqlənmir.

– Azərbaycan Prezidenti İlham Əliyev bu ay Türkiyəyə səfər edəcək. Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumun sözlərinə görə, iyunun 17-də Qəhrəmanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan məhəlləsi” istifadəyə veriləcək. Prezident İlham Əliyevin iştirakı ilə 250 mininci mənzil sahiblərinə təqdim olunacaq. Daha öncə, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. İki qardaş ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətini və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini necə dəyərləndirərdiniz?

– Türkiyə-Azərbaycan əlaqələrinin qarşılıqlı layihələrlə inkişafı hər iki ölkənin xarici dünyaya qarşı ümumi müqavimətini artırır, həm də gələcəyə miras qalır. Bu fəaliyyətlər və qarşılıqlı səfərlər Azərbaycanla Türkiyə arasında nifaq salmağa çalışanları da narahat edəcək ki, bunu əvvəlki sualınızın cavabında da qeyd etmişdik. Həmçinin, münasibətləri korlamaq istiqamətində fəaliyyətlərin uğursuzluğa düçar olması onları həm xaricdə xidmət etdikləri şəxslər və təşkilatların gözündə nüfuzdan salacaq, həm də Türkiyədə ifşa olunduqları üçün səlahiyyətli vəzifələrə gəlmələrinin qarşısı alınacaq. Bu baxımdan Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlər çox önəmlidir.

– Azərbaycanın Türkiyənin yanında Suriyanın yenidən qurulmasında rolunu necə qiymətləndirirsiniz?

– Suriyada sabitliyə nail olunmasının yeganə yolu Türkiyə ilə yaxınlığı qorumaqdır. Bu yaxınlıq dostluq çərçivəsində olmalıdır.

Suriyanın Türkiyənin təcrübəsindən uzaq olması onun tamamilə parçalanması deməkdir. Bu gün Türkiyə Suriyaya tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün böyük səylər göstərib və buna qismən nail olub.

Bu mənada yeni Suriya Administrasiyasının atacağı addımlar var və bunlar hələ reallaşmayıb. Hesab edirəm ki, Suriya rəhbərliyi Türkiyənin tələblərini daha diqqətlə dinləməlidir, çünki hələlik qeyd etməyəcəyim ciddi çatışmazlıqların olduğunu düşünürəm.

Azərbaycanın da son illər beynəlxalq arenada manevr imkanları artıb. Bu, Azərbaycanın xaricdə nüfuzunu və gücünü artırıb. Əgər Suriya administrasiyası Türkiyə ilə mövcud dostluğunu davam etdirə bilsə, düşünürəm ki, Bakı bu gücündən yararlanmaq imkanı əldə edəcək və qaz, neft kimi sahələrdə hasilat üçün həyata keçiriləcək infrastruktur layihələrində Azərbaycan şirkətlərindən faydalana biləcək.

Gülnar Səlimova
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see170

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see163

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see148

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see142

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see140

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see140

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see139

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see137

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see134

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see133

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see132

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see131

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see129

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see127

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see125

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see124

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see121

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see118

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see117

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri