Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 5 noyabr, AZƏRTAC
Türkiyənin Afyonkarahisar vilayətinin İshaniye rayonunun üç fərqli bölgəsində silahlı hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb.
AZƏRTAC NTV telekanalına istinadla xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 cəsəd aşkarlanıb. Vilayətin başqa səmtində daha iki nəfərin güllələnmiş meyiti tapılıb.
Həmçinin ağır yaralanan 2 nəfərdən birinin xəstəxanada öldüyü bildirilir.
İlkin məlumata görə, hadisəni törədən şübhəlilər Kütahya şəhəri istiqamətinə qaçıblar. Onların axtarışı davam etdirilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara