Türkiyənin Afyonkarahisar vilayətində silahlı hücum olub: 8 nəfər ölüb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 5 noyabr, AZƏRTAC
Türkiyənin Afyonkarahisar vilayətinin İshaniye rayonunun üç fərqli bölgəsində silahlı hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb.
AZƏRTAC NTV telekanalına istinadla xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 cəsəd aşkarlanıb. Vilayətin başqa səmtində daha iki nəfərin güllələnmiş meyiti tapılıb.
Həmçinin ağır yaralanan 2 nəfərdən birinin xəstəxanada öldüyü bildirilir.
İlkin məlumata görə, hadisəni törədən şübhəlilər Kütahya şəhəri istiqamətinə qaçıblar. Onların axtarışı davam etdirilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirən şəxs tutulub YENİLƏNİB
05 Noyabr 2026 22:47
Türkiyənin Hakkari vilayətində ağır yol qəzası baş verib, 4 nəfər ölüb
30 Avqust 2025 19:26
Türkiyənin 31 vilayətində əməliyyat: 353 nəfər
21 Fevral 2025 20:12
Türkiyənin Ermənistanla sərhəddində 3 nəfər ölüb
11 Fevral 2026 21:15
Türkiyənin Kütahya vilayətində zəlzələ olub
25 Aprel 2025 12:21
Baxış sayı:63
Bu xəbər 05 Noyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















