Türkiyənin Ermənistana yardım etməsi ilə bağlı xəbərlər yalandır (RƏSMİ)

27.01.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media orqanları və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Qaynarinfo qurumdan açıqlamasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrinə dəstək məqsədilə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalaması barədə iddialar həqiqəti əks etdirmir.

"Yayılan məlumatlar tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır", deyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirib.

Mərkəz ictimaiyyəti ölkəni və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan bu cür saxta məlumatlara inanmamağa çağırıb. Vətəndaşlara yalnız rəsmi qurumların yaydığı açıqlamalara etibar etməyin vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью