Türkiyənin Ermənistana yardım etməsi ilə bağlı xəbərlər yalandır (RƏSMİ)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media orqanları və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Qaynarinfo qurumdan açıqlamasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrinə dəstək məqsədilə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalaması barədə iddialar həqiqəti əks etdirmir.
"Yayılan məlumatlar tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır", deyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirib.
Mərkəz ictimaiyyəti ölkəni və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan bu cür saxta məlumatlara inanmamağa çağırıb. Vətəndaşlara yalnız rəsmi qurumların yaydığı açıqlamalara etibar etməyin vacibliyi vurğulanıb.
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yer alan "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrini… pic.twitter.com/Ds20fQxvXq
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) January 27, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















