Türkiyəyə böyük zərbə “Xilas olmağın tək yolu...” | Icma.az
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Globalinfo.az politoloq Elman Telmanoğlu ilə müsahibəni təqdim edir: -Elman bəy, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə işğalçı dövlət kimi rəsmən tanıyıb.
Prosesə yanaşmanız necədir? Bu, türk xalqları arasında necə qarşılanacaq?
-Çox maraqlı və aktual müzakirə mövzusudur, gəlin bir az bu mövzuya geniş aspektdən baxaq.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kipr məsələsində “işğalçı” kimi tanıması, təbii ki, Türk dünyasında ciddi rezonans doğuracaq.
Bu hadisə qardaş xalqlar arasında siyasi etimad və emosional bağlılığa zərbə təhlükəsi daşıyır.
Türkiyə həm tarixi, həm də siyasi baxımdan türk dünyasının lideri rolunu oynayıb, belə addımlar isə bu liderliyə və ümumi Turan birliyi ideyasına psixoloji və ideoloji zərər vurur.
Bu addımın Türk xalqları arasında qarşılanması necə olacaq – əsas sual doğuran məsələ budur.
Tam oxu
Xəbəri oxu